ABŞ vətəndaşı lotereyada 768 milyon dollar udub
ABŞ vətəndaşına gözlənilməz xoşbəxtlik üz verib.
Mediainfo.az-ın euronevvs-ə istinadən verdiyi xəbərə görə, Viskonsin ştatının hələlik adı açıqlanmayan sakini ABŞ-da keçirilən Povverball milli lotereyasında 768 milyon dollar dəyərində "cekpot"un qalibi olub. Əgər Viskonsin sakini bu pul uduşunu nağd şəkilndə alsa, onda o, vergilər və rüsumlar hesablandıqdan sonra bu məbləğin yarıdan bir az çoxunu- 477 milyon dollarını alacaq. Qeyd edək ki, bu uduş ABŞ–da lotereyalar tarixində ən yüksək hesab edilən üçüncü ən böyük "cekpot"dur.
Digər xəbərlər









































































.jpg)





















