Kimlər xoşbəxtdir?
Amerikanın araşdırma şirkəti "Gallup" 2010-cu il ərzində gəzib-dolaşdığı ölkələri siyahıya aldı. Dünyanın 124 ölkəsində olan şirkət "xoşbəxtlik anketinin" nəticələrini açıqladı. Araşdırma sayəsində dünyanın 21, Türkiyənin isə 16 %-nin "xoşbəxt" olduğu üzə çıxdı. Bundan başqa, "Gallup" daha bir maraqlı nüansı gün işığına çıxarmağa müvəffəq oldu. Belə ki, İraqla Türkiyədə "bədbəxt" insanların eyni sayda olduğu görüldü. Orta şərqdə 63% "xoşbəxtliyi" ilə İsrail birinci oldu.
124 ölkənin iştirak etdiyi sorğuda dünyanın ən "xoşbəxt" ölkəsi isə Danimarka seçildi. Bu ölkənin 72 %-i həqiqətən həyatdan zövq aldıqlarını bildirdilər. Siyahıda Danimarkanı izləyənlər isə 69 %-lə Kanada və İsveçdir.
2010-cu ildə Avropanın "xoşbəxtliyi" artarkən, Afrika və Amerikanınkının azaldığı müşahidə olundu. Asiyada isə elə də böyük dəyişiklik görülmədi.
Amerikanın "Gallup" şirkəti 124 ölkədə 5 yaşlı uşaqdan tutmuş böyüklərə kimi - 1000 insanla görüşərək, bu araşdırmanı gerçəkləşdirmiş oldu. Və beləcə, dünyanın ən xoşbəxtləri meydana çıxdı.
Bəs siz necə, özünüzü xoşbəxt hiss edirsinizmi?
Günel Həbib
O.M.