
İsveçdə Vampirlə Adamyeyən evlənməyə hazırlaşır
İsveçin ruhi dispanserində müalicə alan 2 təhlükəli qatil evlənməyə hazırlaşır. Adamyeyən İsakin Consson və vampir Mişel Qustafsson cütlüyü dünyanın ən təhlükəli cütlüyü sayılır. 33 yaşlı bəy namizədi əvvəlki sevgilisinin başını kəsərək ətini yemişdi. 23 yaşlı zərif cinsin nümayəndəsi isə köhnə sevgilisinin boğazını üzərək qanını içmişdi.
Mütəxəssislərin fikrincə, ümumi maraqlardan
irəli gələrək İsakin sevgilisinə "Şeytan" məhəbbəti bəsləyirdi. "Mən Mişeli
sevirəm, hələ onun kimisini görməmişdim. Onunla ailə qurub qansız-qadasız
yaşamaq istəyirəm", deyən aşıq sevgilisində "hə" cavabı aldıqda çox sevindiyini
etiraf edib. Maraqlıdır, görsən, İsveç qanunları "məsum" sevgililərin evlənməsinə
razı olacaqmı?
İstənilən halda, sevgililəri ayırmaq
qansızlıqdır...
Svetlana Myaçina
O.M.