
Çin tarixdə ilk dəfə olaraq Ayda uğurlu bioloji eksperiment keçirib
Çin Xalq Respublikasının "Çane-4" kosmik aparatı tarixdə ilk dəfə olaraq Ayda bioloji eksperimenti müvəffəqiyyətlə yerinə yetirib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, eksperimentin keçirilməsi üçün aparılan pambıq çiyidi özünün ilk cücərtilərini verib. Yerə göndərilən fotolarda bitkinin sürətlə böyüyən zoğları əks olunub.
Analoji eksperimentin həmçinin kartof, raps, həmçinin digər bitki və bioloji növləri ilə də aparılması planlaşdırılır. Təcrübələrin keçirilməsi üçün Aya torpaq, su və hava aparılıb.
Xatırladaq ki, "Çane-4" bu il yanvarın 3-də Ayın əks tərəfinə enib.( azərtac)
Digər xəbərlər