Hindistanda 65 yaşlı qadın ikinci dəfə ana olub

Hindistanda 65 yaşlı qadın ikinci dəfə ana olub

28 Dekabr 2018 06:21
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda tibb dünyası üçün maraqlı hadisə baş verib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə, görə 65 yaşlı qadın dünyaya yeni uşaq gətirib. Uşaq və ana özlərini yaxşı hiss edirlər. Maraq doğuran məsələlərdən biri də qadının ərinin 80 yaşının olmasıdır. Qadın uşaq dünyaya gətirərkən hər hansı süni mayalanmadan istifadə etməyib. Özü də bu, onun həyatında ikinci belə hadisədir. Belə ki, hindistanlı qadın 8 il əvvəl ilk dəfə qız uşağı dünyaya gətirib. Bu vaxta kimi əksər qadınlar 65 və ondan yuxarı yaşlarda yalnız süni mayalanma yolu ilə ana ola biliblər.