Möhtəşəm kəşf: Özünü bərpa edən maddə yaradıldı

Möhtəşəm kəşf: Özünü bərpa edən maddə yaradıldı

14 Oktyabr 2018 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksidlə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar.

Trend-in məlumatına görə, materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiriylə özünü bərpa etməsidir.

Tədqiqatçılar bildirirlər ki, maddə sintetik gel kimidir və onun istehsalı üçün qazıntı materiallarının istifadəsi tələb olunmur.

Yeni materialdan qoruyucu dam örtüklərinin və təmir materiallarının istehsalında istifadə etmək mümkündür.