Bir prezidentin kürəkəni, digər prezidentin sözçüsü... - MOSSAD casusu çıxdı

Bir prezidentin kürəkəni, digər prezidentin sözçüsü... - MOSSAD casusu çıxdı

4 Sentyabr 2018 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Əşrəf Mervanın 2007-ci ildə Londonda qaldığı Carlton House Terrace otelinin dördüncü mərtəbəsindən yerə düşərək ölməsi ərəb dünyasında qalmaqala səbəb oldu. Əksər ərəb ölkələrində Mervanın ölmədiyi, öldürüldüyü haqda söz-söhbətlər ortaya çıxmağa başladı.

Mediainfo.az Teleqraf.com-a istinadən millətçi ərəb ideologiyasının əsas dühalarından biri, Misirin keçmiş lideri Camal Əbdül Nasirin kürəkəni, silah taciri Əşrəf Mervanın dosyesini təqdim edir.

Əşrəf Mervan ərəb dünyasında yalnız Camal Əbdül Nasirin kürəkəni kimi tanınmayıb, eyni zamanda Ənvər Sədatın xüsusi sözçüsü və yaxın dostu idi.

Əşrəf Mervanın şübhəli ölümündən sonra Misir və bəzi ərəb ölkələri mediası onun MOSSAD tərəfindən aradan götürüldüyü haqqında yazmağa başladı. Mervanın Misir və İsrail arasında ikili agent olaraq işlədiyi haqda fikirlər də ortaya çıxdı. Söhbət Misirin iki lideri ilə yaxın əlaqələr qura bilən, milyarder və silah tacirinin İsrail xeyrinə casusluq etməsi kimi qalmaqallı hadisədən gedir. Məhz bu səbəbdən də Mervanın ölmədiyi, öldürüldüyü iddia olunur. Onun kim tərəfindən öldürüldüyü isə sirr olaraq qalır.

Misirin sabiq lideri Hüsnü Mübarək Mervanın dəfn mərasimində şəxsən iştirak edib, bununla da göstərməyə çalışıb ki, Əşrəf heç bir halda MOSSAD casusu olmayıb. Hətta Mübarək bu barədə çıxışlarının birində iddia edib ki, Əşrəf Mervanı Liviya lideri Qəddafi aradan götürüb. Mübarək ehtimal edib ki, Liviya müxalifət lideri Mənsur Əl-Kahya, livanlı şiə lider Musa Əs Sədr və Əşrəf Mervan sui-qəsdlərində Müəmmər Qəddafinin barmağı ola bilər. Hüsnü Mübarəkin bu iddiaları səsləndirərkən, konkret faktlara, kəşfiyyat məlumatlarına istinad etdiyi, yoxsa təxminlərini dilə gətirdiyi heç vaxt bəlli olmayıb. Bir çoxları düşünür ki, Mübarək bu iddiaları səsləndirərkən faktiki cinayəti Qəddafinin üzərinə yıxıb, MOSSAD isə bu məsələdən üzüağ çıxıb.

Lakin ömrünün 40 ilini Əşrəf Nevranla birgə keçirən Camal Əbdül Nasirin qızı, Nuna Nasir isə əri Əşrəf Mervanın MOSSAD tərəfindən öldürüldüyünə inandığını ifadə edib.

Hüsnü Mübarəkin devrilməsindən sonra ilginc bir iddia ortaya çıxdı. Mübarəkin "qara qutusu" kimi tanınan biznesmen Hüseyn Salim danışdı və bəzi etiraflarda bulundu. O, Mübarəkin mavi qaz məsələsində İsraillə razılaşmaları səbəbindən Misirə zərər verdiyinə şahidlik edib. Biznesmenin Əşrəf Mevranın ölümü ilə bağlı dedikləri isə əsl sensasiya ola bilər. O, Nervanın Hüsnü Mübarək rejimi tərəfindən öldürüldüyünü irəli sürüb. Hüseyn Salim deyib ki, Əşrəf Nervan özünün xatirələr kitabını yazmağa hazırlaşırdı və bu xatirələrin bir ucu da Mübarək ailəsinə toxunacaqdı. Bu səbəbdən də onu ortadan götürüblər.

Əşrəf Mevranın ölümü İsraildə güc mərkəzlərini də qarşı-qarşıya gətirib. Bu ölüm MOSSAD ilə İsrail hərbi kəşfiyyatını az qala bir-birinə düşmən edəcəkmiş. MOSSAD-ın sabiq rəhbəri Zamir bu sui-qəsddən sonra ölkənin hərbi kəşfiyyatını günahkar sayaraq Əşrəfin "Babil" kod adı ilə İsrailə işləyən casus olduğunu ifşa etməkdə günahlandırıb.

"Babil"in 1969-cu ildə Misirin İsrailə hücum edəcəyi haqda informasiyanı Təl-Əvivə verən çox əhəmiyyətli agent olduğu vurğulanır. İsrail hərbi kəşfiyyatının rəisi olmuş Zaira isə "Babil"i ifşa etmədiyini iddia edib. Ona görə, Camal Əbdül Nasirin kürəkəni olan Əşrəf həm İsrail, həm də Misir kəşfiyyatı üçün işləyib.

O da bəlli olur ki, "Babil" öldürülməzdən əvvəl ölkəsində çoxları tərəfindən MOSSAD-a casusluq etdiyi üçün günahkar hesab olunurdu. Xüsusilə, 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı İsrailin xeyrinə fəaliyyət göstərməsi həzm olunmurdu. 63 yaşında öldürülən Mervanın casus olması haqqında ilk dəfə Horold Blommun "Eve of Destruction" ("Çevrilişərəfəsində") adlı kitabında bəhs edilib.

Milyarder Əşrəf Mervan casus kimi ifşa edildikdən 3 il sonra öldürülüb.

Bəzi iddialara görə, Əşrəf Mervanın İsrailə ötürdüyü ən dəyərli informasiya Misirin Suveyş Kanalını keçərək İsrail istiqamətli hücum planları haqqında olub.