
Srağagün Braziliyada ikibaşlı körpə dünyaya gəldi
Braziliyanın Para ştatında qadın sağlam, lakin qeyri adi siam əkizləri növünə (disefal dibraxius) aid olan uşaq dünyaya gətirib. Lifenews.ru saytının məlumatına görə, qəribə uşaq 19 dekabr günü Braziliyanın şimalında yerləşən Anjas şəhərində doğulub. Ana uşağın anomaliyasından yalnız doğuşdan bir qədər əvvəl məlumat alıb. Belə ki, hamiləlik dövründə ultrasəs müayinəsindən keçməyib. Buna baxmayaraq, doğulan ikibaşlı körpə sağlam olub. Ananın bundan başqa 3 övladı da var. Bununla belə, o, təzə doğulmuş oğlunu çox istəyir.
Xatırladaq ki, ikibaşlı körpənin dünyaya gəlməsi ilk fakt deyil. 2009-cu ildə dünyaya gələn bu cür uşaq cəmi bir həftə yaşaya bilmişdi. Bu ilin may ayında isə Cində analoji hadisə baş verib.
Alimlər ikibaşlı körpələrin doğulma səbəblərindən baş aça bilmirlər. Çünki bu həqiqəti bilmək üçün adamın "iki başı" olmalıdır...
Fuad Borçalı
O.M.