Böyük Britaniyanın milli arxivində heroin tapıldı
Böyük Britaniyanın milli arxivində qalmaqal yaşandı. Qovluqların birində narkotik maddə olan heroin aşkar edildi. Newsru.com saytının BBC-yə istinadən yaydığı məlumatına görə, 1928-ci ilə aid olan Britaniyanın Qahirədəki səfirliyinin sənədində kirli ağ maddə tapıldı. Ekspertizanın rəyindən sonra məlum oldu ki, bu heroindir. Arxivin direktoru Ceff Ceymsin sözlərinə görə, 11 milyonluq eksponatı olan arxivdə zaman-zaman qəribə şeylər tapılır. Lakin budəfəki tapıntı olduqca unikaldır.
Xatırladaq ki, Böyük Britaniyanın milli arxivi min ildən artıqdır ki, arxiv sənədlərinin saxlanılması ilə məşğuldur.
Çox güman ki, ingilislər aclıq illərində dərdlərini heroinlə "unudurdular"...
Fuad Borçalı
O.M.
Digər xəbərlər




























































































