Konsertdə 50 min insanın tullanması zəlzələyə səbəb oldu

Konsertdə 50 min insanın tullanması zəlzələyə səbəb oldu

16 Dekabr 2011 14:19
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni Zelandiyanın Oklend əyalətində insanlar təbii fəlakət törətdilər

Yeni Zelandiyanın Oklend əyalətində "Foo Fighters" rok qrupunun çıxışı zamanı 50 min tamaşaçının eyni vaxtda tullanıb düşməsi nəticəsində zəlzələ baş verib. OpenSpace saytının məlumatına görə, silkələnmə konsertin keçirildiyi "Western Springs" stadionunun 1-1,5 kilometrliyində qeydə alınıb. Məlumatda bildirilir ki, zəlzələ konsertin bitməsi ilə dayanıb.

GeoNet bloqunda qeyd olunur ki, Oklend seysmik cəhətdən fəal zonadır. Hətta bu yaxınlarda reqbi matçı zamanı da bölgədə analoji hal yaşanıb.

Xatırladaq ki, bu ilin 12 aprel günü "Foo Fighters" rok qrupunun sayca 7-ci və ən məşhur olan "Wasting Light" albomu işıq üzü görüb.

İnsan təbiətin sakitliyini pozmasa, təbii fəlakətlər olmaz...

Fuad Borçalı

O.M.