Azərbaycanlı şagirddən mükəmməl kəşf
Azərbaycanda 14 yaşlı məktəbli Riyad Orucov dünyada bənzəri olmayan 3 saniyədə enerji yığan smartfon layihəsi hazırlayıb.
Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb.
Məlumata görə, NRYT və Yüksək Texnologiyalar Parkının 23 nömrəli orta ümumtəhsil məktəbində "İdeyadan Biznesə" layihəsi çərçivəsində təşkil etdiyi təlimdə Riyad Orucovun ideayası maraqla qarşılanıb. İdeyanın reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq cərəyan toplayacaq.
Bununla əlaqədar YTP tərəfindən ona texniki və metodiki dəstək, ideyasının müəllif hüquqlarının qorunması, ideyanın patentləşdirilməsi, biznes-plana çevrilməsi və yaxın zamanlarda prototipin beta versiyasının hazırlanmasına dəstək göstərilir. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb.
Qeyd edək ki, O.Riyad 2004-cü ildə Bakıda anadan olub. Mühəndislik və texnika ilə maraqlanır. O, 12 yaşında telefon üçün enerji mənbəyini öyrənməyə çalışarkən mobil qurğu əlində partlayıb və bu hadisə onun texnikaya marağının daha da artmasına səbəb olub.