
VİDEO-Google axtarış portalında çox aranan mövzular
Google şirkəti ənənəvi "Zeitgeist (Zamanın ruhu)" hesabatını təqdim edib. Hesabatda 2011-ci il ərzində ən çox axtarılan, yəni ən populyar mövzular yer alıb. Hansıları ki, 3 dəqiqəlik video süjetdə görmək olur. Mövzular çeşidlidir - Ərəb inqilabları, Yunanıstanda kütləvi qarışıqlıq, Usama Ben Ladenin ölümü, Yaponiya zəlzələsi, Braziliya daşqını və sair. Şou xarakterli xəbərlərdən Britaniya şahzadəsinin toyu, Elizabet Teylor, Stiv Cob, Endi Runi, hindistanlı quru Satya Sai Babanın ölümü kimi xəbərlər daha çox izləyicilərin diqqətini cəlb edib. Siyahıda həmçinin 11 sentyabr hadisələrinin anım mərasimi, NASA raketinin kosmosa nəqli kimi hadisələri görmək olar.
Google-nin hesabatına görə, bu il YouTube video axtarış portalı vasitəsilə 13 yaşlı Rebekka Blek "Friday" mahnısı ilə məşhur olub. Onun klipi 167 milyon dəfə klik olunub. İkinci yerdə Google+ servisi durur ki, iyunda istifadəyə verilməsinə baxmayaraq, 3 aya 10 milyon abunəçi toplaya bilib. Siyahını bir qədər də uzatmaq olar. Yaxşısı budur Google-nin hesabatını əks etdirən klipə özünüz baxın.
O.M.