
Mark Sukerberqin gizli şəkilləri "Facebook"dan oğurlandı
Mark Sukerberqin gizli şəkilləri Facebookda yayıldı. Onun təhlükəsiz sayılan VİP səhifəsinə daxil olan alman haker şəxsi şəkillərini nüsxələyərək facebookda yaydı. Təhlükəsizlik sistemində olan boşluqlar hakerə bu imkanı yaratdı. 27 yaşlı milyarder, belə demək mümkündürsə, öz icadının qurbanına çevrildi. Haker istifadəçi ayarlarının məxfilik sistemində çatışmazlıqdan məharətlə istifadə edərək, Sukerberqin gizli şəkillərinə giriş əldə etdi. Boşluq ondan ibarət idi ki, hər kəs istənilən istifadəçinin şəkillərinə baxmaq üçün onun səhifəsində "report abuse images" ayarını kökləməli idi. Bununla bütün məxfi şəkillərə giriş əldə etmək mümkün idi.
Doğrudur, gizli foto-qalereyada Mark Sukerberqin qeyri-etik şəkilləri gözə dəymədi. Bununla belə, onun nişanlısı Prissilla Çan və iti ilə səmimi pozalarını görmək mümkün oldu.
Dünyada çoxdan belə bir fikir formalaşıb ki, Facebook təhlükəsiz məkan deyil. Belə ki, orada kifayət qədər mükəmməl təhlükəsizlik sistemləri yoxdur. Buna baxmayaraq, hər gün 800 mln istifadəçi həmin sosial şəbəkənin xidmətlərindən istifadə edir.
Xatırladaq ki, şirkətin illik gəliri 2 mlrd. ABŞ dolları, onun yaradıcısının mal varlığı isə 17,5 mlrd. həcmində ölçülür.
Virtual əlaqə real həyatı əvəz etsəydi, Sukerberq sevgilisi ilə bu cür ehtiraslı öpüşə bilməzdi...
Sərvər Aslanov
O.M.