Gürcüstanda dövlət məmurlarına qara rəngli maşında gəzmək qadağan edildi

Gürcüstanda dövlət məmurlarına qara rəngli maşında gəzmək qadağan edildi

6 Aprel 2018 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan hökuməti dövlət məmurlarına qara rəngli avtomobildən istifadəni qadağan edib.

Bu barədə sərəncam hökumətin rəsmi internet səhifəsində dərc edilib. Fevral ayında baş nazir Georgiy Kvirikaşvili bütün dövlət məmurlarını "Qara yolsuzluq maşını dövrünü" bağlamağa çağırmışdı. Onun fikrinə görə, bu, insanları əsəbləşdirir. Baş nazirin sözlərinə əsasən, mərhələli şəkildə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçmək lazımdır.(olke.az)