VİDEO-İnanmayacaqsınız, amma sehrbazlıq gerçəklik oldu

VİDEO-İnanmayacaqsınız, amma sehrbazlıq gerçəklik oldu

26 Noyabr 2011 17:41
Bəyəndim (0) Bəyənmədim (0)
Gələn ildən kompüterlər əl hərəkətləri ilə idarə olunacaq

KM.ru saytının məlumatına görə, 2012-ci ildən etibarən Microsoft şirkəti Kinect oyun sisteminin yeni versiyasını satışa buraxacaq. Bununla da kompüterlərə toxunmaq dövrü sona çatacaq. Başqa sözlə desək, kompüterlər 1.2 metr məsafədən əl hərəkətləri ilə idarə olunmağa başlayacaq. Yeni versiyada USB kabelin qısaldılması, USB xabın (qoşulma blokunun) funksiyalarının artırılması nəzərdə tutulur.

Xbox360 oyun cihazının təkmilləşdirilməsi nəticəsində yaranan Kinect sistemi istifadəçiyə digər imkanları da yaradacaq. Belə ki, kompüterlər şifahi əmrlər, əl və ayaq hərəkətləri, bədən pozaları və ya göstərilən şəkillər vasitəsilə idarə olunacaq.

Nağıllarda sehrbazlar əl hərəkətləri ilə möcüzələr yaradırdılar. Deməli, ya həyat nağıl kimi olub, ya da artıq üç alma göydən düşüb...

Sərvər Aslanov

O.M.