Orqanını bağışladı, ona ərə getdi

Orqanını bağışladı, ona ərə getdi

1 Fevral 2018 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın Piza şəhərinin sakini, yerli yəhudi icmasının katibi Cakomo Skinazi üç il əvvəl ona öz böyrəyini verən tibb bacısı Çintsi Strakuadaini ilə evlənib.

"La Nazione" qəzeti xəbər verir ki, gənc ər-arvad beş il əvvəl, Skinazi kəskin böyrək çatışmazlığından müalicə alanda, şəhər xəstəxanalarının birində tanış olublar.

Xəstə ilə tibb bacısı arasında romantik münasibətlər yaranıb və 2014-cü ilin iyulunda qadın öz böyrəyini Skinaziyə verib.Moderator.az