Misirli mumiya qardaşların sirri açılıb
Alimlər Mançester universitetindəki 4 min illik "İki Qardaş" mumyalarının sirrini tapıblar.
İngiltərədə gündəmdə olan xəbər arxeologiya dünyasında böyük çaşqınlığa səbəb olub.
Sözügedən mumya 1907-ci ildə Böyük Britaniyanın ilk qadın misirşünası doktor Marqaret Murrey tərəfindən kəşf edilib. Mumya qardaşlar ilə bağlı həqiqətlər isə 4 min il sonradan üzə çıxıb.
Xnum-naxt və Naxt-anx adlı iki qardaşın eramızdan əvvəl 1800-cü illərdə dünyaya gəldiyi ehtimal edilirdi. Misirin paytaxtı Qahirənin 400 km cənubundakı Deyr Rifeh qəsəbəsində yaşayıblar. 4 min il əvvəl Qədim Misirin elit şəhərciyində yaşayan iki qardaşın dişindən alınan DNK nümunələrindən sonra önəmli bir sirr üzə çıxıb.
Məlum olub ki, Xnum-naxt və Naxt-anx doğma qardaş olmayıblar. İki qardaşdan alınan diş nümunələri eyni anadan dünyaya gəldiklərini amma atalarının fərqli insanlar olduğunu üzə çıxarıb.(olke.az)







































.jpg)

.jpg)





















































