İngilis hakim azan səsini eşidən kimi  oyunu yarımçıq saxladı

İngilis hakim azan səsini eşidən kimi oyunu yarımçıq saxladı

26 Yanvar 2018 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Avropanın ən prestijli hakimlərindən olan ingilis əsilli Mark Klattenburq Səudiyyə Ərəbistanında maraqlı bir jestə imza atıb.

Mediainfo.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hakim Mark oyun vaxtı azan oxunanda yarışı dayandırıb.

Hadisə "Al Feiha" və "Al Fateh" komandalarının oyunu zamanı baş verib. Səudiyyə Ərəbistanı Kral Kuboku oyununu idarə edən Klattenburq azan oxunan kimi yarışı dayandırıb.

Azan başa çatdıqdan sonra oyun yenidən başlayıb. Hakimin bu hərəkəti Səudiyyə Ərəbistanında böyük rəğbətlə qarşılanıb.