Ərəblər dünyada ilkə imza atdı – D vitaminli su

Ərəblər dünyada ilkə imza atdı – D vitaminli su

21 Yanvar 2018 07:57
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Agthia Group" şirkətlər qrupu dünyada ilk dəfə olaraq tərkibində D vitamini olan içməli su istehsalına başlayıb.

Dünyada yeganə olan D vitaminli bu suyun tərkibində qatqı, dadverici və boyaq maddələri yoxdur.

Tədqiqatlara görə, BƏƏ əhalisinin 78 faizi D vitamini azlığından əziyyət çəkir ki, bu da bəzi xroniki və infeksion xəstəliklərin inkişaf riskini artırır.

"Al Ain Vitamin D" adlanan suyun bir şüşəsinin həcmi 500 ml, dəyəri isə 2 dirhəmdir. Vitaminlərlə zəngin olan bu suya artıq BƏƏ-nin supermarketlərində rast gəlmək mümkündür.Axar.az