Cinayət etdi, bu haqda hekayə yazdı və özünü ifşa etdi

Cinayət etdi, bu haqda hekayə yazdı və özünü ifşa etdi

13 Yanvar 2018 08:52
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya polisi poçt şöbəsini qarət edib və bu barədə hekayə yazan şəxsi həbs edib.

Qarətçi 2017-ci ilin dekabr ayında Berqamo şəhərinin yaxınlığındaki poçt şöbəsinin əməkdaşlarını odlu silahla hədələyərək oradan 650 avro oğurlayıb.

Qarətçi yanvarın 12-də qonşu şəhərcikdə saxlanılıb. Saxlanılma zamanı o nəinki törətdiyi cinayəti etiraf edib, hətta polis əməkdaşlarına cinayətin təfərrüatlarını təsvir edən əlyazma verib.

Adı açıqlanmayan şəxsin əvvəllər də bu cür hadisələr törətdiyi bildirilir.teleqraf.com