Qadın ərinin doğma anasına laqeydliyinə görə ondan boşandı

Qadın ərinin doğma anasına laqeydliyinə görə ondan boşandı

9 Yanvar 2018 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbustanında növbəti qeyri-adi boşanma olayı baş verib.

Mediainfo.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Siaset" nəşri xəbər yayıb. Həyat yoldaşına kifayət qədər diqqət və qayğı ilə yanaşan 29 yaşlı səudiyyəli cavan xanımının ondan boşanması üçün ərizə yazdığına görə məhkəmədən göndəriş gəlməsinə bərk təəccüblənib. Ancaq onu daha çox heyrətləndirən arvadının ondan boşanmasının səbəbi olub. Belə ki, ərəb gəncin xanımı ərizəsində yazıb: "Ərim mənə qarşı çox diqqətli və qayğıkeşdir, bu barədə ondan heç bir narazılığım yoxdur. Ancaq məni narahat edən həyat yoldaşımın öz doğma anasına qarşı laqeyd və diqqətsiz olmasıdır. Mənim hər bir istəyimi, arzumu yerinə yetirməyə çalışan ərim öz anasının hətta ən kiçik xahişini icra etmir. Mən belə bir kişiyə etibar edə bilmərəm. O, gələcəkdə məndən də üz döndərə bilər. Əsl kişi öz doğmalarını, xüsusən anasını qalan hər kəsdən üstün tutmalıdır..."

Yalnız deyilən səbəbdən boşanmaqda fikri qəti olan müsəlman xanım könüllü şəkildə ərinin ona bağışladığı bütün toy hədiyyələrini də qaytarıb...