Qışın oğlan çağında moruq yetişdi

Qışın oğlan çağında moruq yetişdi

6 Yanvar 2018 18:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Odessa şəhərinin Troitskaya küçəsindəki həyətlərdən birinin sakinlərini qışın ortasında gözlənilmədən bar verməyə başlayan moruq kolu heyrətləndirib.

Moderator.az yazır ki, bu haqda "Moldavanka" nəşri məlumat yayıb. Giləmeyvələri birinci görən Andrey Tımçikin sözlərinə görə, moruqlar tam yetişmiş, şirəli və şirin olub. Mütəxəssislər təbiətdə bu cür halları anomal hava şəraiti ilə əlaqələndirirlər.

Xatırladaq ki, meteorologlar ötən il dekabrın 26-da Kiyevdə 1881-ci ildən Ukrayna paytaxtında bəri ən isti qış gecəsi keçdiyini qeydə alıblar. Həmin gecə temperatur +3,1 dərəcədən aşağı enməyib.