Prezident bu avtomobillərə qadağa qoydu

Prezident bu avtomobillərə qadağa qoydu

4 Yanvar 2018 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistanda qara rəngli avtomobillərin istifadəsi qadağan olunub.

Mediainfo.az Azərtac-a istinadən xəbər verir ki, bu qərar ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ağ rəngə olan sevgisindən qaynaqlanıb.

Qeyd edək ki, 2015-ci ildə qara rəngli avtomobillərin ölkəyə idxalına qadağa qoyulmuş, rəsmi şəxslərə ağ rəngli avtomobillərdən istifadə etmək təlimatı verilmişdi. 2018-ci ildən əhali də qara avtomobildən istifadə etməyəcək. Maşını qara rəngdə olan insanlar isə onu başqa rəngə boyayacaqlar. Avtomobilin rənglənməsi 1000-3000 dollara başa gəlir.