Bakıda yeni göydələn tikiləcək
Bakıda Heydər Əliyev prospektində Koroğlu metrosuna doğru yeni göydələn tikiləcək.
Söhbət "Azinko Holding" şirkətinin tikintisinə başlayacağı "Naxçıvan TOWER"dən gedir. Bu barədə Fins.az-a şirkətin departament müdiri İsrail Alıyev məlumat verib.
Məlumata görə, yeni göydələn yaşayış, iş və biznes mərkəzi olacaq. 206 metr hündürlükdə olacaq bina 50 mərtəbəlidir. Binanın layihəsi Türkiyəli memara aiddir.
Göydələnin tikintisinə 2018-ci ildə başlanılacaq. 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Layihənin dəyəri təxminən 200 milyon manat civarındadır.
Digər xəbərlər













































.jpg)

.jpg)















































