3 ölkə ərazisində bir şəhər: ərəb şahzadəsinin 500 milyarlıq layihəsi

3 ölkə ərazisində bir şəhər: ərəb şahzadəsinin 500 milyarlıq layihəsi

26 Oktyabr 2017 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının varis şahzadəsi Məzəmməd bin Salman əl Səud Qırmızı dənizin sahillərində yeni, innovasiyalar şəhərinin inşa ediləcəyini bəyan edib.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, NEOM adlı şəhərin layihəsinə investisiyalar ilkin mərhələdə 500 milyard dollar olacaq. Bu vəsaiti Səudiyyə Ərəbistanının hökuməti, ölkənin suveren investisiya fondu və özəl investorlar ayıracaqlar.

NEOM layihəsində Qırmızı dənizdən keçəcək, Səudiyyə Ərəbistanı və Misiri birləşdirəcək körpünün inşası da nəzərdə tutulub. Şəhərin ümumi sahəsi 26 min kvadrat kilometr olacaq.

Şəhər Səudiyyə Ərəbistanı və Misirlə bahəm, İordaniya ərazisində də olacaq.

NEOM-da peşəkar kadrlar yaşayacaq və işləyəcəklər. Fiziki işi isə sayları şəhər sakinlərindən çox olacaq robotlar görəcəklər. NEOM iqtisadiyyatı üçün prioritet sahələr rəqəmsal texnologiyalar, yeni energetika, bioenergetika və media olacaq.

Bununla yanaşı, Səudiyyə Ərəbistanında dövlət büdcə kəsiri sürətlə artıdığından bir sıra layihələrin reallaşdırılması dayandırılıb. Dünya bazarlarında neftin qiyməti ucuzlaşdığından büdcə kəsiri 125 milyard dolları keçib.