
VİDEO-Missuri səmalarında Uçan Naməlum Obyekt
Hələlik alimlər bu fenomenə açıqlama verə bilmirlər
NEWSru.com saytının məlumatına görə, ABŞ-ın Missuri ştatının sakini mobil telefonuna dairəvi formada olan 2 ədəd parlaq Uçan Naməlum Obyektin videosunu çəkib. Kadrdan göründüyü kimi onlar sürətlə uçaraq ağacların arxasında gizlənirlər. Bundan 4 il əvvəl Missuridə başqa bir qadın da telefonuna iri həcmli UNO-nun görüntüsünü çəkmişdi. Ümumiyyətlə, Missuri ştatı ABŞ üzrə UNO-ların tez-tez baş çəkdikləri 5 ştatdan biridir.
Hələlik alimlər bu fenomenə açıqlama verə bilmirlər. Bununla belə, hal-hazırda həmin video Youtube istifadəçiləri arasında ən çox seyr edilənlərdən biridir.
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər