ABŞ-da pişik şəhər meri seçildi

ABŞ-da pişik şəhər meri seçildi

18 Oktyabr 2011 17:32
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, Viskonsin ştatının Şaron şəhərinin öz prezidenti də var imiş

Nə qədər qəribə səslənsə də, ABŞ-ın Viskonsin ştatının Şaron şəhərinin meri vəzifəsinə Freddi adlı sarı bir pişik seçildi. Yeni merin iş günü gözəl yeməkdən, ziyarətçilərlə görüşdən və şəhəri gəzməkdən başlayır. Günortadan sonra o plan üzrə yatır. Bu barədə məlumatı newsme.com.ua saytı yayıb.

Freddi mer seçilməzdən əvvəl tez-tez bələdiyyənin binasına gəlirdi. Oranın işçisi onu yemləyirdi. Getdikcə bu, adət halını almağa başladı. Şəhər əhalisi onu o qədər sevdi ki, Şaronun rəmzinə çevirdi. Məsələ bununla bitmirdi. Tezliklə o, Şaron şəhərinin meri seçildi. Ümumiyyətlə, 1500 əhalisi olan bu kiçik şəhər çox qəribədir. Belə ki, onun öz prezidenti də var. Prezident insan olsa da, şəhər meri ondan daha məşhurdur. Onunla şəhərdə rastlaşmaq hər bir sakin üçün böyük şərəf sayılır. Hətta mer yolu keçəndə maşınlar dayanıb ona yol verirlər. Bu isə vəzifə səlahiyyətlərinin aşılması sayılmır.

Özünü adam sayan bəzi merlər isə pişik kimi yaltaqlıq etməkdən başqa heç nə bacarmırlar...

Hafiz Əhmədov

O.M.