VİDEO-Liviyalı qız kristal göz yaşı axıdır

VİDEO-Liviyalı qız kristal göz yaşı axıdır

17 Oktyabr 2011 20:32
Bəyəndim (0) Bəyənmədim (0)
İti kristallar sərt müstəvini belə kəsə bildiyi halda qızın gözünü yaralamır

Liviyalı yeniyetmə Həsnə Mohammed Maselmani gün ərzində 7 dəfə gözündən kristal göz yaşları axıdır. Qəribədir ki, bu zaman göz zədələnmir və qız heç bir ağrı hiss etmir. Rusiyanın Pravda.ru saytının məlumatına görə, kristallar çox iti olsalar da, göz qapağından rahatlıqla süzülə bilirlər. Həmin maddələr o qədər itidirlər ki, hətta sərt müstəvini belə kəsə bilirlər. Qızın atası jurnalistlərə müsahibəsində bildirib ki, Həsnənin bu halı onu bir valideyn kimi narahat edir və o, qızının Avropada və ya ABŞ-da müalicə olunmağını istəyir.

Möcüzəvi hadisənin məhz Liviyada yaşanması çox şeylərdən xəbər verir. Allah daha betərindən saxlasın...

Hafiz Əhmədov

O.M.