
100 yaşlı babaya bax bir sən!
Kanadanın Toronto şəhərində gerçəkləşdirilən "Toronto maratonu"nda 100 yaşlı baba maratonu tamamladı. Və 100 yaşlı idmançı dünyanın ən yaşlı maratonçusu adına layiq görüldü. Hindistanda doğulan 100 yaşlı Fauja Sinqx qatıldığı maratonu tamamladı, "Ginnesin Rekordlar Kitabı"na girməyi bacardı. Maratonun birincisi keniyalı Kennet Munqaradan 6 saat sonra - ümumilikdə 8 saatda yarışı bitirən babanı yarış boyu yaxınları, dostları yalnız buraxmadı.
Buna deyərlər, qocalıqda yorğalıq.
Günel Həbib
O.M.
Digər xəbərlər