Meksikada piramida yerin altında inşa ediləcək

Meksikada piramida yerin altında inşa ediləcək

14 Oktyabr 2011 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın dörd bir yanında memarlar göy üzünü dələn göydələnlər inşa etməklə məşğul olurlar. Meksikalı mütəxəssislər isə yerin 300 metr altına kimi enən 65 mərtəbəli "yer dələn" inşa etməyə hazırlaşırlar. Paytaxt Mexikoda ana meydanda "BNKR Arquitectura" şirkəti tərəfindən tikilən bina piramidanın əksi şəklində yerin dibinə kimi gedib çıxacaq. Binanın yer altında 10-cu qatında evlər, muzeylər, mağazalar olacaq. 35-ci mərtəbəsində isə ofisləri yerləşəcək. Xarici tamamilə şüşədən ibarət olacaq olan binaya enənlər 240 metrdən belə Günəş işığını görə biləcəklər. Layihənin memarları bunun üçün kökləri Meksikada "Aztek" mədəniyyətinin inşa etdiyi piramidalardan nümunə götürdüklərini deyirlər.

Ağacdələn görmüşdük, göydələn görmüşdük. Bu da yerdələn.

Günel Həbib

O.M.