Azərbaycana ilk qar yağdı

Azərbaycana ilk qar yağdı

28 Sentyabr 2017 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

Qubada gecə saatlarında yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.

Mediainfo.Az Report-un Şimal bürosuna istinadla xəbər verir ki, ilk qar, əsasən, Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin, Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.

Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.