Trampın çəkdiyi şəkil hərracda 29 min dollara satılıb

Trampın çəkdiyi şəkil hərracda 29 min dollara satılıb

28 İyul 2017 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın çəkdiyi şəkil hərracda 29 min dollara satılıb.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə "Nate D. Sanders Auctions" hərrac evinin rəsmi saytında bildirilir.

Lotun başlanğıc qiyməti 9 min dollar olub. Bu şəkli Tramp 2005-ci ildə xeyriyyə təşkilatı üçün qara markerlə çəkib.

Amerika prezidenti Nyu-Yorkdakı "Tramp Tower" göydələnini təsvir edib.

Mediainfo.az