Bu xanım süddən paltarlar hazırlayır

Bu xanım süddən paltarlar hazırlayır

7 Oktyabr 2011 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Süddən ''QMilch" adı verdiyi parça əldə edən 29 yaşlı dizayner yenilik yaratdı. Eks mikrobiologiya tələbəsi olan Anke Domaske "Reuters"a verdiyi açıqlamada uzun araşdırmadan sonra iysiz, ipəyə oxşayan, yuyula bilən parça əldə etdiyini söylədi. Süd proteinindən əmələ gələn parça anti-bakterialdır, yaşlanmağı gecikdirir, qanı və vücudun istiliyini tənzimləyir. Domaske sahib olduğu ''Mademoiselle Chi Chi" - bir çox Hollivud ulduzlarını geyindirən bu markanın süddən hazırlanmış kolleksiyasını təqdim etməyi düşünür. Onu da qeyd edək ki, bir paltar 6 litr süddən hazırlanır. Xərci isə 150-200 arvo arasında dəyişir.

Qulaq gündə bir xəbər eşitməsə kar olar.

Günel Həbib

O.M.