Əkizlər 101-ci yaşlarını salamladılar

Əkizlər 101-ci yaşlarını salamladılar

7 Oktyabr 2011 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bir çox müharibə, inqilab və dəyişikliyə şahid olan bu əkizlər dünyanın ən yaşlı əkizləri olma ünvanını əllərində gəzdirirlər. Belçikalı əkizlər Mariye və Qabriyelle Vaudremer ad günlərini qeyd etdilər. Onlar üzərində 101 yazılmış tortun şamlarını söndürərkən çox xoşbəxt idilər. 1910-cu ildə dünyaya gələn əkizlər bu günə kimi bir-birindən ayrılmayıblar. Onlar hazırda təqaüddədirlər və sağlamlıqlarında heç bir problem yoxdur.

Texnologiyanın bu qədər irəlilədiyinə sevinən qəhrəmanlarımız heç vaxt evlənməyiblər. Bir-birinə dəstək olaraq, həyatdan tutunublar. Mariye və Qabriyelle hazırda "Ginnesin Rekordlar Kitabı"nda dünyanın ən yaşlı əkizləridir.

Allah ömür versin.

Günel Həbib

O.M.