
“Ən yaxşı saç stili” yarışması baş tutdu
Keçən həftə fenomen By stilist Bürhanın " Ən yaxşı saç stili" yarışmasının final günü baş tutdu. 15 gün idi ki, stilist Bürhanın indiyə qədər saçlarını kəsdiyi uşaqların saç düzümünün şəkilləri By stilist Bürhanın instaqram səhifəsində yayımlanırdı. Yarışda 40 iştirakçı təmsil olunurdu. Yarışın qaydasına əsasən ən çox like toplayan iştirakçı 1-ci, 2-ci və 3-cü yer uğrunda mübarizə aparırdılar. Tədbir səhər saat 11:00-da "Tom Cerry" Uşaq Əyləncə Mərkəzində baş tutdu. Tədbirin aparıcı bəstəkar-müğənni Arif Səlimov bu tədbir barəsində ətraflı məlumat verdikdən sonra , səhnəyə By stilist Bürhanı dəvət etdi. Stilist Bürhan çox həyəcanlı olmasına baxmayaraq hər kəsi salamlayıb, gələn hər bir iştirakçı və tamaşaçıya öz təşəkkürünü bildirərək söylədi: "Bu gün mənim üçün ən dəyərli gündür. Qəlbimdə olan arzularımdan birinə çatdım. Uşaqlarla çalışmaqdan böyük zövq alıram".
Səhnəyə "Qafqaz media" İctimai Birliyinin sədri Hacı Azadə Taleh Abbas qızı dəvət olundu və bütün iştirakçıları diplomla təltif etdi. Yarışma boyunca qalib olmayan iştirakçılara da diplom verildi. 3-cü yerin sahibi Əli Ələsgərov 858 like ilə, 2-ci yerin sahibi Fərid Cəfərov 864 like ilə, 1-ci yerin qalibi, ən yaxşı saç stilisti seçilən Murad İsmayılov isə 875 like topladı. Qaliblər "R&" butik mağazasından ayrılıqda 50 AZN dəyərində hədiyyələrlə təbrik edildi.
Səhnəyə "Azərbaycanın səsi" yarışmasının laureatı Rəvan Cəfərli, müğənni Mədinə və "Azərbaycanın səsi bala" yarışmasının qalibi Əhməd çıxaraq öz nəğmələri ilə tamaşaçıları təbrik edib, uşaqları sevindirdilər.
Stilist Bürhan final gecəsi üçün hazırlanmış tortu səhnəyə gətirdi. Bütün iştirakçılarla birlikdə 1-ci yerin qalibi Murad İsmayılov ilə birlikdə tortu kəsdilər.
Sonda By stilist Bürhan təşkilatı dəstəyə görə bəstəkar-müğənni Arif Səimova, "R&" butik mağazasına, "Oxu Məni" qəzetinə, "Mediainfo.az" saytına və əməkdaşı İsa Rəvana, fotoqraf lar Sərvər Kamranlıya və Əzizə Cəfərliyə, "Qafqazmedia.az" saytından Hacı Azadə Taleh Abbas qızına, təşkilatçı prodüser Kamran Nura və təmənnasız olaraq bu tədbirin keçirilməsində dəstək olan Akademik Həsən Əliyev küçəsi 74 ünvanında yerləşən "Tom cery" Əyləncə Mərkəzinin direktoru Afər xanıma sonsuz təşəkkürünü bildirdi.
İsa Rəvan