
Çox yaxında ağarmış saçlara "əlvida" deyəcəyik
Saçınızı rəngləməyə gərək qalmayacaq...
Saçlarınızı boyamağınıza gərək qalmayacaq, "Saçlarım ağardı" deyə gileylənməyəcəksiniz. Saçları ağaranlara sevindirici xəbər! Çünki bir həblə bu probleminiz aradan qalxacaq. Amerikalı və ingilis elm adamları daha öncə belə bir həbi 10 il içində satışa çıxaracaqlarını açıqlamışdılar. Daha bir açıqlama da fransız kosmetika firmasından gəldi. Ancaq dərmanın adı sirr kimi saxlanılır. Yalnız o məlumdur ki, 4 il içində onu çox da baha olmayan qiymətə ala biləcəyik. Onun insan sağlamlığına ziyan vermədiyi və tərkibi bir meyvədən ibarət olduğu bilinir. Hansı ki, bu meyvənin tərkibindəki maddələr saçın ağarmasının qarşısını alır.
Belə görünür ki, ağbirçək adam qalmayacaq.
Günel Həbib
O.M.
Digər xəbərlər