Tehranda beynəlxalq avtomobil sərgisi keçirilir
On iki il fasilədən sonra Tehranda beynəlxalq avtomobil sərgisi təşkil olunub.
Apa-nın Tehran bürosunun məlumatına görə, sərgidə 200 yerli və xarici şirkət iştirak edir və öz məhsullarını sərgiləyir.
Sərgiyə dünyanın tanınmış avtomobil markalarından "Renault", BMW, "Volvo", "Hyundai", "Mitsubishi", "Toyota", "Kia" da qatılıb. Nüvə anlaşmasından sonra sərgiyə gələn bu şirkətlərdən bir neçəsi, o cümlədən BMW və "Toyota" 25 yeni modelin təqdimatını keçirəcək.
Sərgidə 30 ədəd klassik avtomobil də sərgilənir.



Mediainfo.az
Digər xəbərlər




















































.jpg)

.jpg)








































