İlanla selfi çəkdirmək istədi, zəhərindən xilas edilə bilmədi - FOTO

İlanla selfi çəkdirmək istədi, zəhərindən xilas edilə bilmədi - FOTO

8 Fevral 2017 08:16
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın Mumbay şəhərindən olan heyvan müdafiəçisi Somnat Mhatra gözlüklü ilanla selfi çəkdirmək istəyərkən, ilanın onu dişləməsindən həyatını itirib.

"Daily Mirror" xəbər verir ki, gənc oğlan könüllü olaraq ilanların qorunması və xilas edilməsi ilə məşğul olub. Bütün həyatı boyu 18 yaşlı gənc onlarla ilanı ölümdən xilas edib. Şahidlərin sözlərinə görə, avtomobil təkəri altında qalan ilanı gənc oğlan təhlükəsiz yerə aparıb və sonra ilanın başından öpərək onunla selfi çəkdirmək istəyib. Bu zaman ilan onu sinəsindən dişləyib.

Gənc təcili xəstəxanaya çatdırılıb. Həkimlər beş gün ərzində onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. (musavat)

Mediainfo.az