
60 min dollarlıq telefon internetə belə qoşula bilmir
Bu da 60 min dollarlıq telefon! Amma internetə belə bağlana bilmir. 18 əyyar qızılı ilə diqqət çəkir. Bu halı ilə də alıcı gözləyir. Danimarkada ərsəyə gətirilən bu telefonun sürətli axtarma, kalkulyator və blutuz proqramları var. 60 min dollarlıq dəyərinə rəğmən internetə belə bağlana bilməyən cihaz 5 saatlıq batareya ömrünə malikdir. Bəzi hissələri dəmirdən də ibarət olan telefon təbii ki, dünyanın ən bahalı telefonu deyil. Ən azından ona görə ki, qızılla örtülmüş "iPhone" 3.2 milyon dollara alıcısını gözləyir.
Ucuz ətin şorbası olmaz, deyiblər. Hərdən bahanın da şorbası olmur.
Günel Həbib
O.M.
Digər xəbərlər