Edam edildikdən 180 il sonra basdırıldı

Edam edildikdən 180 il sonra basdırıldı

14 Aprel 2011 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Daily Mail"in xəbərinə görə, Con Harvud adlı 18 yaşlı gənc 1821-ci ildə sevgilisi Eliza Balsumu daşla qətlə yetirdiyinə görə edama məhkum edilmişdi. Eyni ildə "New Bristol Gaol" xəstəxanasında edam edilən gəncin cəsədi tibbi araşdırmalarda istifadə edilməsi üçün Riçard Smit adlı həkimə verilmişdi. Cəsədi mumlayaraq bir tabutda saxlayan həkimin ölümündən sonra tabut Bristol Universitetinə ötürüldü. Universitetdə tabutdan skelet çıxarılaraq tibb fakültəsinin tələbələrinin təhsilində istifadə olundu.

Harvurdun skeleti təxminən 2 əsr tələbələrə "xidmət göstərdikdən" sonra onun törəməsi olduğunu sübut edən 67 yaşlı Merri Hallivel ortaya çıxdı. Həmin şəxs məhkəmə qərarı ilə ulu babasını böyük təmtəraqla Bristoldakı "Hanham" qəbiristanlığında basdırdı.

Bu maraqlı xəbərə də onunla bərabər "fatihə" verildi.

Günel Həbib

O.M.