4 ayaqlı gəncin ən böyük arzusu müəllim olmaqdır
Mediainfo.az xarici mətbuata instinadən xəbər verir ki, Hindistanın Uttar Padeş əyalətinin Faukabad şəhərinə bağlı bir kənddə yaşayan 4 ayaqlı Arun Rajpur adlı sakin yaşayır. Kənd camaatı tərəfindən təklənən bu gənc oğlan "şeytan" adlandırılır. Həkimlərin qərarına görə, Rajpurun anası əkizlərə hamilə qalıb. Lakin ana bətnində inkişafdan qalan ikinci uşağın ayaqları parazit kimi Rajpura ilişib və inkişaf edib.
"İnsanlar mənə gülüb-ələ salırlar. Mənsə onlardan biri kimi olmaq, işləmək istəyirəm", - deyən Rajpur ailədəki 4 övladın böyüyüdür. Onun ən böyük arzusu artıq ayaqlarından qurtulub, müəllim olmaqdır.
Rajpur kasıb ailənin övladıdır. Onun valideynləri tarlada çalışırlar. Dəfələrlə Rajpuru həkimə aparıblar. Lakin əməliyyat üçün külli miqdarda pul tələb olunduğundan boyunları bükük halda evə qayıtmalı olublar.
"Evliliyimizin 12-ci ilində Rajpur dünyaya gəldi. İlk əvvəl çox sevindik, lakin onun xarici görünüşündən sonra məyus olduq", - deyən 41 yaşlı ana Lila Devi imkanlı şəxslərdən Rajpurun həyatımda dönüş etmələri üçün yalvarıb.
Banu Qocayeva


























































.jpg)

.jpg)

































