Baş döndürən qala
İngiltərənin Blackpool şəhərindəki "Blackpool" qalası bərpa işlərindən sonra yenidən ziyarətçilərini qəbul etməyə başlayıb. 118 illik qalanın üst qatları şüşədən düzəldildiyi üçün mənzərə ziyarətçiləri məst edir. Şüşənin üstündə gəzən ziyarətçilər elə bil havanın üzərində hərəkət edirlər. Bərpa işləri zamanı qalanın 4.15 ton şüşədən düzəldilməsi bütün mənzərəni rahatlıqla görmə imkanı yaradır. Bütün şəhər 360 dərəcə görülə bilir. Bu inanılmaz mənzərəni yaratmaq isə bir az baha başa gəldi. Bütün bunlara 250 milyon funt sterlinq xərclənib.
Gələrsən, görərsən.
Günel Həbib
O.M.
Digər xəbərlər