Qızıldan tualet kağızı - ƏRƏB ŞEYXLƏRİ ÜÇÜN

Qızıldan tualet kağızı - ƏRƏB ŞEYXLƏRİ ÜÇÜN

3 Avqust 2016 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyada fəaliyyət göstərən "Toilet Paper Man" şirkəti 22 əyarlı qızıldan tualet kağızı hazırlayıb.

İnternetdə 1 milyon 376 min 900 dollara satılan tualet kağızını alan müştərilərə şirkət tərəfindən xüsusi şampan hədiyyə edilir. Şirkət rəhbərliyi tualet kağızı haqqında açıqlama verərkən bu sözləri deyib: "Dubaydakı xüsusi hotellərdə qızıldan unitazlar var. Biz də tualet kağızı hazırladıq. Ərəb şeyxlərinin bunu alacaqlarını düşünürəm. 3 qatlı rulonu 4 ilə hazırlamışıq".

Mediainfo.az