
Peşənizdən narazısınızsa, bu məlumat fikrinizi dəyişdirə bilər
Öz işini bəyənməyib, başqasının peşəsinə paxıllıq edənlər az deyil. Amma unutmayaq ki, dünyadakı bəzi peşələrdə çalışmaq gerçəkdən də, heç xoş deyil.
1. Yumurta qoxulayan: Bu peşə sahibləri quşçuluq fabriklərində çalışır, lax yumurtaları müəyyənləşdirirlər.
2. Soxulcan toplayan: Balıqçılar üçün soxulcan satan şirkətlərdə çalışan bu insanların işi tarlalar və çəmənlərdə soxulcan yığmaqdır. Məsələn, Kanadada 1 soxulcan üçün 0,04 dollar ödənir.
3. Dölləndirici: İnəklərin süni yolla döllənməsi üçün buğa spermalarını inəyin yumurtalığına yerləşdirir.
4. Qəbristanlıq gözətçisi.
5. Toyuq seçən: Bu peşə sahibləri cücələrin xoruz və ya toyuq olduğunu müəyyənləşdirirlər.
6. Köpəkbalığı akvariumunun təmizləyicisi.
7. "Bəxtli kökə"nin içindəki kağızlara mətn yazan.
8. İnternet oyunlarında "qızıl" yığan: Bu işi görən oyunlarda xal, "pul" və "qızıl" yığır, sonra oyun fanatlarına pulla satır.
9. Zombi: Avropa ölkələrində getdikcə populyarlaşan "zombi yürüş"lərinin təşkilatçıları "zombi" olmaq istəyənlərə pul verirlər.
10. Avtomobil yollarında maşınların vurduğu heyvan leşlərini yığan.
Şükür Allaha...
Günel Həbib
O.M.