Bir cümləsini belə oxuya bilsəniz, zəngin olacaqsınız

Bir cümləsini belə oxuya bilsəniz, zəngin olacaqsınız

23 Avqust 2011 16:09
Bəyəndim (0) Bəyənmədim (0)
Oxuna bilinməyən tək kitab

Kitablarla tez-tez ünsiyyətdə olan hər kəs bilir ki, bəzi kitabları oxumaq olduqca çətindir. Ancaq bu kitabın 500 il oxunmaması qəribədir. Dünyanın ən savadlı mütəxəssisləri də işin içinə daxil edilsələr də, onun sirrinin hələ də açılmaması təəccübləndirici haldır.

Adı "MS 408"dir. Yale Universitetinin Nadir Kitablar və Sənədlər Kitabxanasının yeganə oxunulmayan kitabı özəlliyini daşımaqdadır. Kitabı kimin yazdığı, hansı məqsədlə yazdığı, istifadə dilinin hansı, necə dil olduğu bilinmir. Tək bilinən məqam ilk dəfə XV-XVI yüzillikdə ortaya çıxması və Bohemiya kralı ikinci Rudolfun kitabın ilk sahibi olmasıdır.

Sirli kitabla dövlət məmurlarından tutmuş falçılara qədər - hər kəs maraqlanır. Ancaq bu günə qədər bir səhifəsindən bir anlamlı cümlə ortaya çıxaran belə yoxdur. Uzun illər Avropanın saraylarını, qonaqlarını və məbədlərini gəzən kitab sonda polşalı M.Valfridin əlinə keçib. O da kitabı Yale Univeristetinə bağışlayıb. Universitet də kitabı oxumağa çalışsa da, heç nə alınmayıb. Üstəlik, II Dünya Müharibəsinin ünlü kriptoloqları da işin içindən çıxa bilməyiblər. 240 səhifəlik bu kitab universitetin kitabxanasında sirrinin çözüləcəyi günü səbirsizliklə gözləməkdədir.

Hər bir kitab özü ayrı-ayrılıqda xəzinədir. Bu kitabsa kəşf olunmamış xəzinədir.

Günel Həbib

O.M.