"Mercedes"in sirri açıldı

"Mercedes"in sirri açıldı

22 Avqust 2011 15:27
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, firmanın velosipedləri də var imiş

Almaniyanın Ştutqart şəhərində açılan "Mercedes Benz" muzeyi firmanın açıldığı gündən bu yana olan tarixini gözlərimizin önünə sərir. Muzeyin ən üst mərtəbəsində Karl Benzin 1886-cı ildə icad etdiyi dünyanın ilk avtomobil və Gottlib Daimlerin eyni illərdə motor taxdığı at arabası ilə tarixə yolçuluğa çıxanlar maraqlı anlar yaşayırlar. 125 ildə istehsal edilən təxminən 800 ədəd yüzdə-yüz orijinal Benz maşınlarının 160-ı burada görmək mümkündür.

1885-ci ildə ərsəyə gətirilən dünyanın ilk motosikleti, 1892-ci il təvəllüdlü ilk yanğınsöndürmə avtomobili, 1895-ci ildə satışa çıxarılan 6 nəfərlik avtobus və çox sayda avtomobilin sərgiləndiyi muzeydə bir velosiped diqqət çəkir. Ziyarətçilərin maraq göstərdiyi bu velosipeddən bir dönəm 25 min ədəd istehsal edildiyi öyrənildi. 1924/27-ci illərdə yaşanan iqtisadi böhrana görə firma başqa bir sektorda özünü sınamaq qərarına gəlib. Muzey səlahiyyətlisi, "İqtisadi böhranda insanlar daha ucuza ünvan başına çatmalıdırlar. Buna görə də "Mercedes" 25 min velosiped satışa çıxarıb. O dövrdə velosipedə də tələb xeyli artıb. Bu, bir tərəfdən qənaət deməkdir", - deyə açıqlama verib. Muzeydəki velosipedin qiyməti yoxdur. Ona görə də ziyarətçilər onunla mütləq şəkil çəkdirirlər.

Keçmişi qoru, gələcəyi qur.

Günel Həbib

O.M.