"Hula-hop" rekordu qırıldı
Tayvanın paytaxtında fərqli yaş qruplarına aid 2.496 nəfər qeyri-adi rekorda imza atdı. Şəhərin stadionunda bir araya gələn iştirakçılar "hula-hop" deyilən halqaları eyni anda bellərində fırlatmağa başladılar. 3 dəqiqəlik performans "Ginnes"ə düşməyi bacardı. Tədbir Tayvanın sağlıqlı qida istehsal edən şirkətləri tərəfindən təşkil edildi. Eyni rekord daha öncə 2.290 nəfərlə həyata keçirilmişdi.
Düz deyiblər, qulaq gündə təzə bir xəbər eşitməsə kar olar.
Günel Həbib
O.M.
Digər xəbərlər