DNT testi artıq ananın qanı ilə yoxlanılacaq

DNT testi artıq ananın qanı ilə yoxlanılacaq

19 Avqust 2011 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı alimlər yeni hamiləlik testi hazırlayıblar. Ohayo Universitetində ərsəyə gətirilmiş yeni metod əsasında qadının bətnindəki körpənin atasını qadının qanı vasitəsilə təyin edəcəklər. Hazırda bətndəki dölün atasının kimliyi dölün hüceyrə nümunəsinin testi vasitəsilə müəyyənləşdirilir.

Bu isə doğulacaq körpə üçün çox təhlükəli prosedurdur. Yeni testin dəyəri 1625 dollardır. Alimlərin dediklərinə görə, hamiləliyin 12-ci həftəsindən sonra qadının qanı yoxlananda bətndəki dölün atasının kimliyi tam dəqiqliyi ilə məlum olur.

Bu xəbər bəzilərinə sərf edir, bəzilərinə isə heç sərf etmir.

Günel Həbib

O.M.