Dünyanın ən böyük çəhrayı brilyantını asiyalı aldı - 31, min dollara

Dünyanın ən böyük çəhrayı brilyantını asiyalı aldı - 31, min dollara

18 May 2016 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

15,38 karat çəkisində olan dünyanın ən iri "Unique Pink" ("Unikal Çəhrayı") çəhrayı brilyantı Cenevrədə "Sotheby's" hərracında rekord qiymətə - 31,5 mln dollara satılıb.

Bu barədə hərracın təşkilatçısı Devid Bennet bildirib.

"Bu yeni dünya rekordudur... Bu indiyədək çəhrayı brilyanta görə verilən ən böyük məbləğdir", - deyə Bennet bildirib. Onun sözlərinə görə, nadir brilyantın alıcısı Asiya ölkələrinin birindən fərdi şəxsdir.

Qeyd edək ki, brilyant "Sotheby's" hərrac evi tərəfindən 28-38 milyon dollar dəyərində qiymətləndirilib.

Həmin brilyant 5 il əvvəl Cənubi Afrikada mədənlərin birində aşkarlanıb. ABŞ-ın "Cora International" şirkəti (Nyu-York) tərəfindən satışa çıxarılıb.

Mediainfo.az