Türklər yay ilə qışı eyni zamanda yaşayırlar

Türklər yay ilə qışı eyni zamanda yaşayırlar

12 Aprel 2011 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə bu aralar yayla qışı eyni anda yaşamaqdadır. Ölkənin bir hissəsi Günəş istiliyinin dadını çıxararkən digər hissəsi hələ də qışla mübarizə aparır. Aprel ayının bu günlərində qonşu ölkənin dağ rayonlarına qar yağır.

Yayın gəlişini hiss edənlər artıq dənizə belə üz tutublar. Səyahətə yollananlar kim, gəzməyə gedənlər kim, piknik eləyənlər kim... O ki qaldı əks tərəfə, qarla əlbəyaxa olanların isə qazları, işıqları kəsilib, yolları bağlanıb...

İndi hər şey turistlərin ixtiyarına verilir: qar görmək istəyən Türkiyənin bir bölgəsinə, yay görmək istəyənlər isə digər hissəsinə təşrif buyursunlar. Unutmayın, bu cür imkan bir də ələ düşməz!

Günel Şahməmmədova

O.M.